Meyiti maşından güclə çıxardılar... - Bakıda ağır qəza

17-10-2018, 11:35           
Meyiti maşından güclə çıxardılar... - Bakıda ağır qəza
Bakı şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Teref.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili hasara çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlu dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru