Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü

13-11-2020, 11:24           
Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü
Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb.

Yenicag.az xəbər verir ki, artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq işğaldan azad edilən rayonların polis şöbə rəisləri həmin rayonlar üzrə müvəqqəti komendant təyin ediliblər. Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirirlər. Həmin ərazilərdə müvəqqəti xüsusi idarəetmə zamanı Daxili Qoşunların yüksək rütbəli zabitləri isə komendanta müavin təyin edilirlər. Hazırda RPŞ əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparılar.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru