Cəriməsi sistemdə yoxdu, amma avtomobilinə həbs qoyulub — VİDEO

13-03-2016, 12:23           

Sürücü Elnur Abdullayev qaydanı pozduğu üçün ünvanına gələn protokolda nəzərdə tutulan cəriməni ödəyə bilmir. Çünki ünvana gəlməsindən 3 ay keçsə də cərimə ödəniş sisteminə yüklənməyib. Nəticədə sürücünün avtomobilinə həbs qoyulub.

teref.az xezerxeber-ə istinadən xəbər verir ki, bu, qanunla bu hal yolverilməzdir.

Avtomobil başqası tərəfindən idarə edilərsə və ya sürücü ittihamla razılaşmadığı halda 10 gün müddətinə vəsatət qaldıra bilər. Vəsatət etibarlı sayılsa protokol ləğv edilməli və yaxud başqa şəxsə yönləndirilməlidir. Yəni, sürücü ittihamı qəbul etdiyi halda yol polisinə getməyə ehtiyac olmamalıdır.

Hətta elektron avadanlıqlar vasitəsi ilə qeydə alınan qayda pozuntuları vaxtında sistemə salınmamasına görə yol polisi cərimələnə bilər. Bunun üçün sürücü prokurorluğa müraciət etməlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru