Döyülən rektor qızı yeni vəzifəsindən danışdı: “Uydurmadır”

9-05-2015, 12:48           

Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva “Bakı-2015”in korrodinatoru vəzifəsinə təyin olunması ilə bağlı xəbərə reaksiya verib.
Teef.info xəbər verir ki, o, bununla bağlı öz facebook hesabında yazıb. Ü.İsayeva ona belə bir vəzifə verilmədiyini və bunun mətbuatın uydurması olduğunu qeyd edib. Rektor qızının statusunu olduğu kimi təqdim edirik: “Media işçilərinə mənə verdikləri vəzifəyə görə təşəkkür edirəm təbii ki, amma mənə maraqlıdır görəsən növbəti uydurma nə olacaq? Fantaziyanıza güvənirəm”.

Qeyd edək ki, Hamlet İsaxanlı publika.az saytına müsahibə verərək, qızının “Bakı-2015” Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə koordinatorluq edəcəyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru