“Meta” gündə 1 milyon kron cərimələnəcək

8-08-2023, 12:27           
“Meta” gündə 1 milyon kron cərimələnəcək
Norveç tənzimləyicisi avqustun 14-dən etibarən “Meta” şirkətini məxfiliyin pozulmasına görə gündə 1 milyon Norveç kronu (98,5 min ABŞ dolları - Qeyd) məbləğində cərimələməyə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Norveç İstifadəçi Məlumatlarının Mühafizəsi Agentliyinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Norveç tənzimləyicisi iyulun 17-də bildirib ki, şirkət aşkar etdiyi məxfilik pozuntularını aradan qaldırmasa, cərimələnəcək.

Cərimə noyabrın 3-dək tutulacaq. Norveç tənzimləyicisi Avropa Məlumatların Mühafizəsi Şurasına sorğu göndərərsə və krallıq orqanlarının qərarını təsdiq edilərsə, cərimə daimi ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru