Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu - VİDEO

25-08-2023, 11:34           
Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu - VİDEO
Hindistanda musson yağışları genişmiqyaslı sürüşməyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Hadisə Himaçal-Pradeş ştatının Kullu şəhərində baş verib. Təbiət hadisəsi azı səkkiz hündürmərtəbəli binanı dağıdıb.

Hadisədən 3-4 gün əvvəl ixtisaslaşdırılmış xidmətlər fasadda çatlar aşkar etdiyi üçün səlahiyyətlilər vətəndaşları bu binalardan təxliyə ediblər.

Himaçal-Pradeş hakimiyyətinin məlumatına görə, ümumilikdə bölgədə leysan və torpaq sürüşməsi nəticəsində iki mindən çox ev uçub. Dəyən ziyan təxminən 1 milyard dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru