Rus admiral və 34 zabit öldürüldü

25-09-2023, 20:04           
Rus admiral və 34 zabit öldürüldü
Sentyabrın 22-də Sevastopolda Qara dəniz Donanmasının qərargahının vurulması nəticəsində donanmanın komandanı, vitse-admiral Viktor Sokolov ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvəsi məlumat yayıb.

“Donanma qərargahının vurulmasından sonra Qara dəniz Donanmasının komandanı daxil olmaqla, 34 zabit ölüb. Daha 105 nəfər isə yaralanıb. Qərargahın binası tamamilə dağılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, raket zərbələri nəticəsində “Minsk” böyük desant gəmisi də məhv edilib. Halbuki gəmi hücumdan bir gün sonra şəxsi heyətlə birlikdə döyüş növbətçiliyinə çıxmalı idi. Gəmidəki canlı qüvvə itkisi 62 nəfər təşkil edib.

Qeyd edək ki, sentyabrın 22-də Ukrayna tərəfi Sevastopolun “Storm” raketləri ilə atəşə tutulduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru