"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

Bu gün, 17:24           
"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
ABŞ-da süni intellekt dəstəkli real vaxt rejimində maye analizi həlləri hazırlayan "Omen AI" şirkəti ümumilikdə 41,5 milyon ABŞ dolları investisiya cəlb edib.

Valyuta.az xəbər verir ki, investisiya iki mərhələdə həyata keçirilib.

A seriyası investisiya raunduna "Nava Ventures" rəhbərlik edib. Toxum investisiyası raundunda isə "CRV"nin rəhbərliyi ilə "Borusan Ventures", "LMNT Ventures", "Meta"nın keçmiş əməliyyat direktoru Şeril Sandberq və digər investorlar iştirak ediblər.

Şirkət açıqlayıb ki, cəlb olunan vəsait süni intellekt əsaslı maye analizi texnologiyasının inkişafına, eləcə də məlumat mərkəzləri və sənaye sektorunda fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.

2024-cü ildə Zak Laberj tərəfindən təsis edilən "Omen AI" sənaye avadanlıqları və məlumat mərkəzləri üçün real vaxt rejimində maye analizi həlləri hazırlayır. Şirkətin texnologiyası avadanlıqlarda istifadə olunan yağların, hidravlik və soyuducu mayelərin vəziyyətini sensorlar vasitəsilə fasiləsiz izləyərək aşınma, çirklənmə və mümkün nasazlıqları erkən mərhələdə müəyyən etməyə imkan verir.

Şirkət xüsusilə ağır sənaye avadanlıqları və süni intellekt tətbiqlərinin genişlənməsi ilə sürətlə böyüyən maye soyutmalı məlumat mərkəzləri bazarını əsas inkişaf istiqamətlərindən biri kimi müəyyən edib. Hazırladığı sensor və analiz texnologiyası sayəsində texniki xidmət proseslərini dövri yoxlamalardan məlumatlara əsaslanan proqnozlaşdırıcı modelə keçirməyi hədəfləyir.

Qeyd edək ki, "Borusan Ventures"ın təsisçisi və prezidenti Defne Kocabıyık Narter bildirib ki, "Omen AI"nin texnologiyası iş maşınlarında texniki xidmətin məlumat əsaslı idarə olunmasına, nasazlıqların əvvəlcədən aşkarlanmasına və planlaşdırılmamış dayanmaların azaldılmasına imkan yarada bilər. Onun sözlərinə görə, maye soyutmalı məlumat mərkəzləri də şirkətin gələcək inkişafında əsas istiqamətlərdən biridir.

Rəfiqə Abdin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru