Everesti fəth edən ilk amerikalı Cim Uittaker vəfat edib
10-04-2026, 07:14
Alpinist Cim Uittaker — Everest zirvəsinə qalxan ilk amerikalı — 97 yaşında dünyasını dəyişib.
Bu barədə Associated Press (AP) onun ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, alpinist aprelin 7-də Port-Taunsend şəhərindəki evində vəfat edib.
Uittaker Everestə 1963-cü ildə qalxıb. AP-nin yazdığına görə, bu hadisə ABŞ-da alpinizmə marağın yenidən artmasına səbəb olub və onu dərhal məşhurlaşdırıb.
Qeyd olunur ki, Uittaker bir çox digər ekspedisiyalara da rəhbərlik edib. O cümlədən, 1990-cı ildə ABŞ, SSRİ və Çin alpinistlərinin iştirakı ilə Everestə beynəlxalq ekspedisiyaya rəhbərlik edib. Ailəsinin bildirdiyinə görə, bu ekspedisiya əməkdaşlıq və xoş niyyət sayəsində nələrin mümkün olduğunu nümayiş etdirmək məqsədi daşıyırdı.