Marneulidə baş verən hadisənin yeni detalları məlum olur VİDEO
13-04-2026, 00:05
Dünən (11 aprel) döyülən "Geo Hospitals" klinikasının mühafizəçisi hazırda süni tənəffüs aparatına qoşulub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs Marneuli merinin Tserakvi inzibati vahidini üzrə nümayəndəsi İndiko Xaptaninin qardaşı Levan Xaptani olduğu məlum olub.
Aktual.ge xəbər verir ki, 63 yaşlı mühafizəçi baş və üz nahiyəsindən ağır xəsarətlər alıb. Ona ilkin əməliyyat Marneulidə edilsə də, vəziyyəti ağır olduğu üçün Tbilisidə yerləşən "Geo Hospitals" klinikasına köçürülüb.
Ailəsinin bildirdiyinə görə, hadisə mühafizəçinin xidməti vəzifəsini yerinə yetirdiyi zaman baş verib. Belə ki, o, ziyarət saatı olmadığı üçün bir şəxsi klinikaya buraxmayıb. Bu səbəbdən yaranan mübahisə fiziki zorakılıqla nəticələnib.
Məlumata görə, hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə aparılır.