Rus zabitlər belə öldürüldü – VİDEO

Bu gün, 00:11           
Rus zabitlər belə öldürüldü – VİDEO
Ukrayna ordusu Donetsk regionunda komanda məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

TEREF xəbər verir ki, bu barədə “Skay Nyus“ Ukraynanın dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 8 dron Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının olduğu binaya yüksək dəqiqliklə zərbə endirib, nəticədə 12 zabit ölüb, daha 15 nəfər isə yaralanıb.

Brovdi deyib ki, bu tip dronlar 100 kq-a qədər partlayıcı daşıya bilir.

O qeyd edib ki, zərbə endirilən komanda məntəqəsi diversiya əməliyyatlarının təşkili, kəşfiyyat şəbəkələrinin qurulması, şəxsi heyətin cəlb edilməsi, terror aktları və yanğınların törədilməsi, eləcə də Rusiyanın yerli silahlılarının koordinasiyası ilə məşğul olub.

Zərbə anının görüntüləri də paylaşılıb./Sfera.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru