Pəncərəni döyən quş amerikalı qadını bezdirib: mütəxəssislər bunun səbəbini açıqlayıb VİDEO
Bu gün, 10:24
"New York Post" qəzetinin məlumatına görə, amerikalı bir qadın bir həftədir ki, evinin pəncərəsini fasiləsiz döyən quşun hərəkətlərindən bezərək çətin vəziyyətdə qalıb.
32gun.az xəbər verir ki, qadının sözlərinə görə, quş gah şüşəyə çırpılır, gah da pəncərə önünə qonaraq dimdiyi ilə dəfələrlə şüşəni döyür və sanki evə girməyə çalışır. Ornitoloq Skott Detvayler bu davranışın sadə bir izahının olduğunu bildirərək, quşun çox güman ki, öz əksini rəqib hesab edən gənc erkək olduğunu və yuvalanma dövründəki hormonal dəyişikliklər səbəbindən ona hücum çəkdiyini qeyd edib. Mütəxəssis bu narahatlığı aradan qaldırmaq üçün ən effektiv yolun pəncərədəki əksetməni yox etmək olduğunu bildirib; bunun üçün şüşəyə tor çəkmək, üzərinə süni qar vurmaq və ya sadə şam mumu ilə şüşəni silmək kifayətdir ki, quş öz "rəqibini" görməsin və hücumları dayandırsın.