Dəməşqdə partlayış oldu, yaralananlar var 11-05-2026, 00:12 Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Əl-Vurud məhəlləsində qeydə alınıb. Mikroavtobusun partladıldığı bildirilir.Partlayış zamanı avtomobildə sürücü və ya sərnişin olmayıb.Hadisə nəticəsində yaxınlıqda olan 5 mülki şəxs xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Facebook-da paylaş