Paris-2024: Alfonso Dominqes yarımfinala yüksəlib

2-08-2024, 09:44           
Paris-2024: Alfonso Dominqes yarımfinala yüksəlib
İdmançımız 92 kq çəki dərəcəsində qazaxıstanlı Aybek Oralbaya qalib gəlib.
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu, kubalı Xulio Sezar la Kruzu məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru