Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var

Bu gün, 00:16           
Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var
SEPAH ölkənin şimal-qərbində həyata keçirilən əməliyyat zamanı diversiya törətmək məqsədilə İran ərazisinə daxil olmağa çalışan silahlı qrupun tamamilə zərərsizləşdirildiyini açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, SEPAH-ın “Həmzə Seyid əş-Şühəda” qərargahının bəyanatında bildirilir ki, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilən silahlı dəstənin sərhədi keçərək ölkə ərazilərinə daxil olmasından sonra həyata keçirilib.

Məlumata əsasən, qrup kəşfiyyat tədbirləri nəticəsində müəyyən olunub və sonradan İran qüvvələrinin təşkil etdiyi pusquya düşüb. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə atəş dəstəyi ilə keçirilən əməliyyat zamanı baş verib.

SEPAH-ın məlumatına görə, beş nəfərdən ibarət qrupun bütün üzvləri öldürülüb. Əməliyyat zamanı onların silah və sursatı da müsadirə edilib.

Qurum bəyan edib ki, İranın şimal-qərb sərhədlərində təhlükəsizliyi pozmağa yönələn istənilən cəhd bundan sonra da qətiyyətlə qarşısı alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru