Arda Gülər yenə seçildi

6-10-2025, 00:11           
Arda Gülər yenə seçildi
İspaniya La Liqasının 8-ci turunda “Real Madrid” öz meydanında “Vilyarreal”ı 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu qələbə ilə Madrid təmsilçisi xalını 21-ə çatdıraraq zirvəyə yerləşib, “Vilyarreal” isə 16 xalla yerində qalıb.

Qarşılaşmadan öncə Arda Gülərə xüsusi mükafat təqdim olunub. O, La Liqada sentyabr ayının 23 yaşadək ən yaxşı futbolçusu seçilib. Gənc ulduz “Real Madrid”in start heyətində oyuna başlayıb və 64-cü dəqiqədə yerini Cud Bellinhemə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]