Məhəmməd Ben Sulayem Beynəlxalq Avtomobil Federasiyasının prezidenti seçildi

13-12-2025, 12:34           
Məhəmməd Ben Sulayem Beynəlxalq Avtomobil Federasiyasının prezidenti seçildi
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem dördillik müddətinə yenidən federasiyanın rəhbəri seçilib.

Oxu.Az bildirir ki, bu barədə FIA-nın Mətbuat Xidməti məlumat yayıb.

Federasiya prezidenti seçkisi FIA-nın Daşkənddə keçirilən Baş Assambleyası çərçivəsində baş tutub. Seçkinin nəticələrinə görə, Məhəmməd Ben Sulayem səslərin 91.5%-ni toplayıb.

O, ilk dəfə təşkilata 2021-ci ildə rəhbər seçilib. FIA-dan verilən məlumata görə, onun prezidentliyi dövründə federasiyanın maliyyə vəziyyəti yaxşılaşıb, həmçinin şəffaflıq, hesabatlılıq və peşəkar standartlar yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]