Meraya Keri 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək
16-12-2025, 17:38
Amerikalı müğənni Meraya Keri 6 fevral 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək.
Bu barədə Oyunların Təşkilat Komitəsi məlumat yayıb.
Açılış mərasimi eyni vaxtda dörd məkanda keçiriləcək: "San-Siro" stadionu, eləcə də Kortina d'Ampetso, Livinyo və Predatso. Belə Olimpiya Oyunları tarixində ilk dəfə olacaq. Şounun təfərrüatları hələlik açıqlanmayıb.
Açılış mərasiminin biletlərinin qiyməti 260 ilə 2 000 avro arasında dəyişir.