FIFA Malayziya yığmasına üç oyunda texniki məğlubiyyət verdi

18-12-2025, 09:27           
FIFA Malayziya yığmasına üç oyunda texniki məğlubiyyət verdi
FIFA Malayziya milli komandasına üç oyunda texniki məğlubiyyət verib.

Oxu.Az bildirir ki, bu barədə məlumatı Malayziya Futbol Assosiasiyasının Mətbuat Xidməti yayıb.

Sentyabrda FIFA müəyyən etmişdi ki, iyun ayında Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Vyetnam yığmasına qarşı keçirilən oyunda (4:0) iştirak edən yeddi malayziyalı futbolçunun sənədləri saxta olub. Bunun ardınca həmin futbolçular 12 ay müddətinə diskvalifikasiya ediliblər.

FIFA-nın İntizam Komitəsinin son qərarına əsasən, həmin futbolçuların iştirak etdiyi üç yoldaşlıq oyununun nəticələri dəyişdirilib. Həmin görüşlərdə Malayziya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilib: Kabo-Verde ilə oyun (29 may, əvvəlki nəticə 1:1), Sinqapurla oyun (4 sentyabr, əvvəlki nəticə 2:1) və Fələstinlə oyun (8 sentyabr, əvvəlki nəticə 1:0).

Bundan əlavə, Assosiasiya 10 min İsveçrə frankı məbləğində cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]