Dünyanın ən bahalı idman klublarının - Siyahısı

25-12-2025, 16:14           
Dünyanın ən bahalı idman klublarının - Siyahısı
Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı 50 idman klubunun reytinqini açıqlayıb.

Sitat.infoxəbər verir ki, siyahıya Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas” klubu başçılıq edir. 2016-cı ildən bəri reytinqin ilk pilləsində yer alan komandanın dəyəri 12 milyard ABŞ dollarıdır.
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Qolden Steyt Uarriors” (11 milyard dollar) ikinci, NFL-in “Los-Anceles Rams” komandası (10,5 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Siyahıda Avropadan cəmi dörd futbol klubu yer alıb. Bunlar İspaniyanın “Real Madrid” (6,75 milyard dollar), “Barselona” (5,65 milyard dollar), İngiltərənin “Mançester Yunayted” (6,6 milyard dollar) və “Liverpul” (5,4 milyard dollar) kollektivləridir.

Reytinqə Formula 1 klublarından isə “Ferrari” (6,5 milyard dollar) və “Mercedes” (6 milyard dollar) daxil olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru