"Qarabağ"ın futbolçusu oyuna çıxmaqdan imtina etdi

25-12-2025, 09:24           
"Qarabağ"ın futbolçusu oyuna çıxmaqdan imtina etdi
"Qarabağ"ın futbolçusu matça çıxmaqdan imtina edib.

TEREF Apasport.az-a istinadən xəbər verir ki, icarə əsasında "Zaqatala"da forma geyinən Amin Ramazanov oyuna çıxmayıb.

O, I Liqanın XII turunun "Baku Sportinq"lə görüşü üçün Buzovna qəsəbəsinə yollansa da, son anda fikrini dəyişib. Qolkiper meydançanın vəziyyətini gördükdən sonra oyuna çıxmamağa qərar verib.

Nəticədə Ramazanov komanda ilə məşqə çıxmayıb. Hətta o, "Zaqatala"nın matçını da izləməyib. Məşq zamanı stadionu tərk edib.

Qeyd edək ki, oyun "Baku Sportinq"in 2:1 hesablı qələbəsi ilə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]