İtaliya A Seriyası: "Yuventus" üç cavabsız qolla qələbə qazandı VİDEO 7-01-2026, 11:14 İtaliya A Seriyasının 19-cu turu çərçivəsində "Yuventus" "Sassuolo"nun qonağı olub.Oxu.Az xəbər verir ki, matç Turin təmsilçisinin mütləq üstünlüyü ilə keçib və 0:3 hesabı ilə başa çatıb.Muharremoviçin avtoqolu (16), Miretti (62) və Devidin (63) dəqiq zərbələri sayəsində "Qoca sinyora" meydançadan qalib ayrılıb.Hazırda "Yuve" aktivindəki xalları 36-ya çatdırıb və yarış cədvəlində 4-cü sırada qərarlaşıb. Onun rəqibi isə 23 xalla ilk onluğu qapayır. Facebook-da paylaş