“Çelsi”nin əfsanəsi vəfat etdi

15-01-2026, 11:24           
“Çelsi”nin əfsanəsi vəfat etdi
Tanınmış şotlandiyalı sabiq futbolçu Eddi MakKridi 12 yanvar tarixində 85 yaşında vəfat edib.

TEREF xəbər verir ki, bu barədə “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb.

MakKridinin futbolçu karyerası 1959–1973-cü illəri əhatə edib. O, daha çox 1962–1973-cü illərdə “Çelsi”nin heyətində çıxışı ilə tanınıb. London klubunda sol cinah müdafiəçisi mövqeyində 385 oyun keçirən MakKridi 5 qol vurub. O, “Çelsi” ilə birlikdə 1970-ci ildə İngiltərə Kubokunu qazanıb.

Şotlandiyalı futbolçu peşəkar karyerasına “İst Stirlinqşir” klubunda başlayıb. 1965–1969-cu illər aralığında Şotlandiya millisinin heyətində 23 matça çıxıb.

Oyunçu karyerasını başa vurduqdan sonra MakKridi məşqçilik fəaliyyətinə başlayıb. O, “Çelsi”, “Memfis Roqz” və “Klivlend Fors” klublarında baş məşqçi kimi çalışıb. 1979-cu ildə “Memfis Rogz”da işlədiyi dövrdə qısa müddətlik futbolçu karyerasını bərpa edib və bir oyunda meydana çıxıb.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru