FIFA milli komandaların 2026-cı il üçün ilk reytinqini açıqlayıb

20-01-2026, 10:18           
FIFA milli komandaların 2026-cı il üçün ilk reytinqini açıqlayıb
FIFA milli komandaların 2026-cı ildə ilk reytinq cədvəlini dərc edib.

FIFA-nın rəsmi saytının məlumatına görə, Azərbaycan millisi reytinqdə 127-ci yerdə qərarlaşıb. Yığmamız əvvəlki reytinqlə müqayisədə mövqeyini dəyişməyib və 1132.97 xalla eyni pillədə qalıb.

Reytinq cədvəlinin ilk üçlüyündə də dəyişiklik qeydə alınmayıb. İspaniya millisi 1877.18 xalla liderliyini qoruyub saxlayıb. Argentina 1873.33 xalla ikinci, Fransa isə 1870 xalla üçüncü pillədə yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru