Bəhlul Mustafazadənin qolu tarixə düşüb VİDEO

22-01-2026, 08:20           
Bəhlul Mustafazadənin qolu tarixə düşüb VİDEO
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.

Oxu.Az xəbər verir ki, o, Almaniyanın "Ayntraxt" komandası ilə matçın 90+3-cü dəqiqəsində diqqət mərkəzinə düşüb.

28 yaşlı müdafiəçinin qolu təmsilçimiz üçün həlledici olub.

Xatırladaq ki, görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra "Qarabağ" turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik "Ayntraxt" isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə "Liverpul" klubuna qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru