Ronaldu karyerasını başa vurmaq qərarına gəldi

24-01-2026, 12:24           
Ronaldu karyerasını başa vurmaq qərarına gəldi
Hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr"i tərk etmək və futbol karyerasını başa vurmaq qərarına gəlib.

TEREF xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, 40 yaşlı futbolçu klubla müqavilənin müddətini uzatmayacaq və 2027-ci ilin yayında rəsmən karyerasını bitirdiyini elan edəcək.

Mənbənin məlumatına görə, "Ən-Nəsr" rəhbərliyi Ronaldunu daha bir mövsüm saxlamağa çalışacaq. Əgər bu mümkün olmasa, klub futbolçunu Səudiyyə Ərəbistanında saxlamaq üçün ona birgə mülkiyyətdəki payını 15%-ə qədər artıraraq şərikli pay təklif etməyə hazırdır.(Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru