“Qarabağ” tarixinin ən bahalı satışına imza atacaq

24-01-2026, 15:44           
“Qarabağ” tarixinin ən bahalı satışına imza atacaq
"Qarabağ" Çempionlar Liqasında keçirdiyi yeddi oyunun altısında qol vurub, yalnız "Napoli"nin qapısına yol tapa bilməyib.

"Benfika"dan sonra "Ayntraxt"ı da 3 dəfə meydanın mərkəzinə gəlməyə məcbur etdilər.

Soyuq başla analiz edəndə görürsən ki, almanlarla Bakıdakı son oyun əvvəlkilərdən bir qədər fərqləndi. "Qarabağ" az qol fürsəti yaratdı və rəqibə də az qol fürsəti verdi.

Mateuş Koxalski demək olar gözə dəymədi: polşalı qapıçının üzərinə düz-əməlli top gəlmədi, gələndə də seyvə ehtiyac qalmadı. Bu, yaxşı məqamdır.

Narahatlıq doğuran məqam Kamilo Duranın ön xətdə tək qalmasıdır. Kolumbiyalı tipik hücumçu deyil, universal biridir.

Yay transferini həm hücumun mərkəziqdə, həm də cinahda oynatmaq mümkündür, Qurban Qurbanov da belə edir.

Joel Montiel əla tapıntıdır. Doğrudan da, Qurbanovun onun yolunu 2-3 il gözləməsinə dəyərmiş!

Qoy bir müddət keçsin, ispaniyalı "Qarabağ"ın döyünən ürəyi olacaq. Potensialı hədsiz böyükdür, sadəcə, özünə gəlməsi, tam toparlanması lazımdır.

Uzun müddət oynamayıb, ağır zədədən qayıdıb - bu səbəblərdən prakatikasmın azlığı "Ayntraxt"la matçda orta sahədən texniki zonaya əl elədi. /Sportinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru