Ötən il futbolda rekord sayda transfer həyata keçirilib
29-01-2026, 10:38
2025-ci ildə futbol klubları arasında rekord sayda - 86 158 beynəlxalq transfer həyata keçirilib.
Bu barədə FIFA-nın transferlər haqqında qlobal hesabatı xəbər verir.
Peşəkar kişi futbolunda klublar transferlərə 13.08 milyard dollar xərcləyiblər ki, bu da bütün tarixboyu rekord məbləğdir.
Qadın futbolunda da artım müşahidə olunur: 2 440 transfer (+6.3%) edilib, ümumi xərclər isə 28.6 milyon dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 80%-dən çox artım deməkdir.
Kişi futbolunda İngiltərə klubları 3.82 milyard dollar xərcləməklə lider olublar. Britaniya bazarında rekord sövdələşmə Aleksander İsakı 172 milyon dollara transfer edən "Liverpul" tərəfindən həyata keçirilib.