Olimpiya Oyunlarına gedən slovakiyalı azarkeşi keçmişi ələ verdi - 16 illik cinayətin sonu
13-02-2026, 12:58
İtaliya polisi Qış Olimpiya Oyunları zamanı Slovakiya milli hokkey komandasını dəstəkləmək üçün Milana gedən bir azarkeşi həbs edib.
Bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, 2010-cu ildə Bolzano məhkəməsi bu şəxsə ticarət müəssisələrindən oğurluq ittihamı ilə həbs qərarı verib. O, Baccio rayonundakı bir hoteldən alınan məlumatdan sonra tapılıb və əmlak cinayətlərinə görə 11 ay 7 gün həbs cəzası ilə üzləşəcək. Azarkeş San Vittore həbsxanasına aparılıb.
Qeyd edək ki, Slovakiya millisi Olimpiya turnirində ilk oyununu fevralın 11-də keçirib və Finlandiyadan olan rəqiblərini 4:1 hesabı ilə məğlub edib. Növbəti oyunu fevralın 13-də İtaliyaya qarşı olacaq.