Femke Kokdan tarixi zəfər: Olimpiya rekordu və qızıl medal

16-02-2026, 15:18           
Femke Kokdan tarixi zəfər: Olimpiya rekordu və qızıl medal
2026-cı ilin İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında həyəcan dolu anlar yaşanıb.

Bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Sürətli konkisürmə üzrə qadınlar arasında keçirilən 500 metr məsafəyə yürüşdə niderlandlı ulduz Femke Kok rəqiblərinə şans tanımayaraq qızıl medala sahib çıxdı.

Məsafəni inanılmaz sürətlə, cəmi 36,49 saniyəyə qət edən Femke Kok yeni Olimpiya rekorduna imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1 000 metr məsafədə qazandığı gümüş medalın ardınca oyunlardakı ikinci mükafatını əldə edən Kok möhtəşəm performans nümayiş etdirib.

Daha əvvəl 1 000 metr məsafədə çempionluq sevinci yaşayan digər niderlandlı idmançı Yutta Leerdam, bu dəfə komanda yoldaşından 0.66 saniyə geri qalaraq gümüş medalla kifayətlənib. Yaponiyalı Miho Takagi isə liderdən 0.78 saniyəlik fərqlə finiş xəttini üçüncü keçib və bürünc medalın sahibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru