“Burger yediyimə görə milliyə çağırılmadım” (VİDEO)

27-03-2026, 07:54           
“Burger yediyimə görə milliyə çağırılmadım” (VİDEO)
"Burger yediyimə görə milliyə çağırılmadım”.

"Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan əsas millisinin direktoru və yığma komandanın sabiq oyunçusu İlqar Qurbanov "İctimai Tv”də yayımlanan "OffTOP” verilişində deyib.
O, Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçisi olduğu dönəmdə milliyə dəvət almamasının səbəbinin əlaqəsiz olduğunu bildirib: "Dedi ki, "İlqar Qurbanov bizimlə oynaya bilməz”. Niyəsini soruşduqda buna burger yeməyimi səbəb olaraq gətirdi. Nə əlaqəsi var idi, bilmədim. Heç bir rəhbər arxamda durmadı, demədilər ki, "qardaş, adam belə şeyə görə milli komandaya çağırılmır?”

Qeyd edək ki, B. Foqts 2008-2014-cü illərdə yığma komandamızı çalışdırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru