Millimizin stadiondakı paltardəyişmə otağını su basdı - VİDEO

28-03-2026, 08:34           
Millimizin stadiondakı paltardəyişmə otağını su basdı - VİDEO
Bu gün Sumqayıda Mehdi Hüseynzadə adına stadionda Sent Lüsiya yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin paltardəyişmə otağını su basıb.
TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Videodan da aydın olur ki, səhər saatlarından başlayan intensiv yağışlar stadionun futbolçular üçün ayrılmış paltardəyişmə otağını bərbad hala salıb. Oyunçular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, matç millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru