Futbol tarixində ən bahalı qadın oyunçu oldu

30-03-2026, 00:06           
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
ABŞ-ın “San Dieqo Veyv” klubu rəsmi saytı vasitəsilə hücumçu Katarina Makarionun transferini açıqlayıb.

26 yaşlı futbolçu “Çelsi”dən ayrılaraq yeni klubuna qoşulub. O, qadın futbolu tarixində ən bahalı müqaviləyə imza atıb.

2030-cu ilin sonuna qədər nəzərdə tutulan müqavilənin ümumi dəyəri 8 milyon dollar təşkil edir.

Braziliyada doğulan Makario həm Braziliya, həm də ABŞ futbol məktəblərinin yetirməsidir. O, karyerası ərzində “Lion” və “Çelsi”də çıxış edib, eyni zamanda ABŞ qadın futbol millisinin üzvüdür.

Sfera












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru