Futbol dünyasını şok salan xəbər: Batuhan Karadeniz saxlanıldı

10-04-2026, 10:22           
Futbol dünyasını şok salan xəbər: Batuhan Karadeniz saxlanıldı
Qanunsuz mərc araşdırması çərçivəsində barəsində qırmızı bülleten çıxarılmış keçmiş futbolçu Batuhan Karadenizlə bağlı yeni iddialar gündəmə gəlib.

Referans Media xəbər verir ki, Karadenizin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı iddia olunur. Sosial şəbəkələrdə geniş yayılan xəbərlərə əsasən, onun beynəlxalq axtarışda olduğu və bu çərçivədə yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib.

Qeyd olunur ki, Batuhan Karadeniz barəsində daha əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən “qanunsuz qumar oyunlarının təşviqi” ittihamı ilə istintaq başlanmış, onunla yanaşı bir sıra tanınmış şəxslərin də adı bu işdə hallanmışdı.

İddialara görə, futbolçunun aktivlərinə da əvvəlcədən həbs qoyulub və o, bir müddətdir ölkə xaricində yaşayırdı. Hazırda isə onun Türkiyəyə ekstradisiya edilə biləcəyi ehtimalı müzakirə olunur.

Bununla belə, rəsmi qurumlardan hələlik mövzu ilə bağlı təsdiqləyici açıqlama verilməyib. Hadisənin detalları araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru