"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib

12-04-2026, 09:08           
"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib
Almaniyanın "Bavariya" klubu Bundesliqa mövsümündə vurduğu 103-cü qolla öz rekordunu yeniləyib.

Moderator.az xəbər verir ki, Münhen təmsilçisi bununla 1972-ci ildə vurduğu 101 qolluq göstəricini geridə qoyub.

Komanda 29-cu turun "Sankt-Pauli" ilə oyununda 5:0 hesabı ilə qalib gəlib.

"Bavariya" mövsümün qalan hissəsində "Ştutqart" (19 aprel), "Maynts" (25 aprel), "Haydenhaym" (2 may), "Volfsburq" (9 may) və "Köln" (16 may) ilə qarşılaşacaq.

Qeyd edək ki, "Bavariya" 28 oyundan sonra 73 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru