"Spartak"ın futbolçusu Rusiya kubokunu əlindən salıb sındırdı - VİDEO

Bu gün, 11:18           
"Spartak"ın futbolçusu Rusiya kubokunu əlindən salıb sındırdı - VİDEO
Moskvanın "Spartak" klubunun argentinalı yarımmüdafiəçisi Pablo Solari "Krasnodar" üzərində qələbəni qeyd edərkən Rusiya kubokunu sındırıb.

Oxu.Az xəbər verir ki, bu barədə News.ru məlumat yayıb.

Kadrlarda futbolçunun azarkeş tribunası qarşısında kuboku başı üzərinə qaldırdığı anda trofeyin əlindən düşərək hissələrə ayrıldığı görünür.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Spartak"ın yeganə qolunu məhz Solari vurub. Penaltilər seriyasında isə "qırmızı-ağlar" "Krasnodar"ı məğlub edərək kubokun sahibi olublar. Final qarşılaşmasını 72 978 tamaşaçı izləyib ki, bu da Rusiyada turnirlərin həlledici oyunları üçün rekord göstərici hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru