"Qəbələ" və "Qarabağ"ın rəqibləri kimlərdir? - SİYAHI

7-08-2015, 13:18           
"Qəbələ" və "Qarabağ"ın rəqibləri kimlərdir? - SİYAHI
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatma mərasimdə 44 komanda iştirak edəcək. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olacaq. Azərbaycanı bu mərhələdə iki komanda – “Qarabağ” və “Qəbələ” təmsil edəcək. “Qəbələ” “Apollon” səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Seltik”ə uduzan “Qarabağ” da mübarizəni pley-off mərhələsində davam etdirəcək. Hər iki komandamız püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq.

Artıq “Qarabağ”ın beş, “Qəbələ”nin isə altı potensial rəqibi bilinib. Bunlar aşağıdakılardır:

“Qarabağ”:

“Ayaks” (Hollandiya)

PAOK (Yunanıstan)

“Yanq Boyz” (İsveçrə)

“Standard (Belçika)

“Sent-Etyen” (Fransa)

“Qəbələ”:

“Borussiya” (Dortmund, Almaniya)

“Alkmaar” (Hollandiya)

“Sparta” (Çexiya)

“Panatinaikos” (Yunanıstan)

“Sauthempton” (İngiltərə)

“Krasnodar” (Rusiya)

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək(qol.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]