"AzRe" "Çartis Azərbaycan"ı 6,5 milyon dollara alıb

15-10-2015, 12:22           
"AzRe" "Çartis Azərbaycan"ı 6,5 milyon dollara alıb
"AzRe" təkrarsığorta şirkəti "Çartis Azərbaycan" şirkətinin səhmlərini 6,5 mln. dollara alıb.

"APA-Economics"in xəbərinə görə, bunu "AzRe"nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V. Abbasovun sözlərinə görə, hazırda "Çartis Azərbaycan"ın inkişaf strategiyasının hazırlaması istiqamətində işlər aparılır.

"Şirkətin gələcəkdə hansı ad altında fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılır. Bir neçə variant üzərində işləyirik. Konkret bir söz demək çətindir, gərək bu məsələ təsisçilərlə razılaşdırılsın", - deyə o qeyd edib.

"AzRe" rəsmisi bildirib ki, "Çartis Azərbaycan" fəaliyyətini əsasən korporativ bazara adaptasiya edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru