Polis mayoru piyadanı öldürüb hadisə yerindən qaçdı

15-10-2015, 21:09           
Polis mayoru piyadanı öldürüb hadisə yerindən qaçdı
Bu gün gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlik qızı Soltanova naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.

Piyadanı vuran sürücünün də kimliyi müəyyənləşib. Hadisəni törədən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru