Nardaranda növbəti əməliyyat: 3 nəfər həbs edildi

8-03-2016, 00:45           
Nardaranda növbəti əməliyyat: 3 nəfər həbs edildi
Bakının Nardaran qəsəbəsində oğurluq hadisəsi baş verib.
TEREF.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 5-də Nardaran qəsəbəsində əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zaman Talıbov, 1981-ci il təvəllüdlü Namiq Hüseynov və Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Saleh Məmmədov həbs ediliblər.
Onlar qəsəbənin yeni magistral yolun kənarında “Azəriqaz” MMC-yə məxsus 76 mm. diametrlik 30 metr uzunluğunda istifadəyə yararsız qaz borusunu kəsərək oğurlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru