Ana Vətən Partiyasının sədri Millət vəkili Fəzail Ağamalı Pakistanın Azərbaycandakı səfirinə baş sağlığı verdi

28-03-2016, 17:37           
Ana Vətən Partiyasının sədri Millət vəkili Fəzail Ağamalı Pakistanın Azərbaycandakı səfirinə baş sağlığı verdi
Ana Vətən Partiyasının sədri Millət vəkili Fəzail Ağamalı Pakistanın Lahor şəhərindəki lunaparkda baş vermiş terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayserə başsağlığı göndərmişdir
Başsağlığında deyilir:
Hörmətli cənab səfir Xalid Usman Qayser!
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlərlərdən biri olan Pakistanda belə bir qanlı hadısənin törədilməsi ən az Pakistan xalqı qədər bizi də sarsıtdı.
Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.
Lahor şəhərindəki lunaparkda baş vermiş ağır faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.


Hörmətlə,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Milli Məcilisin deputatı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru