Avstraliyada koala tıxac yaratdı

28-03-2016, 22:16           
Avstraliyada koala tıxac yaratdı
Avstraliyada yolda gəzən koala tıxac yaradıb.
Bununla yalnız Avstraliyada rastlaşmaq mümkündür.Brisben yaxınlığındakı işlək yolda hərəkət koalaya görə dayanıb.
Amma o özünə xas olduğu kimi heç yana tələsmir.
Sürücülər maşını yolun kənarına çəkərək baş verənlərivedeoya alıblar.
Hadisə yerinə gələn polis yaxından müdaxilə etməyib və yoldan çıxıb ağaca dırmaşınca onu təxminən eyni tərzdə müşaiyət edib.

Koala adətən çox az hərəkət edir. Onları tez-tez tərpənməz halda evkalipt ağacında görmək olur.Bu heyvan 16-18 saat ağacda hərəkətsiz halda qala bilir.
Zooloqlar onları görəndə ələ götürməyi məsləhət görmür, çünki dinc olsalar da çox iti pəncələri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru