“Pirelli” Rusiyadakı fabriklərinin fəaliyyətini dayandırır

18-03-2022, 08:57           
“Pirelli” Rusiyadakı fabriklərinin fəaliyyətini dayandırır
İtaliyanın təkər istehsalçısı “Pirelli” Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiyaya investisiyaları dayandırır.

Şirkət həmçinin ölkədəki fabriklərin fəaliyyətini də məhdudlaşdırır.

“Rusiya Federasiyasına investisiyalar dayandırılıb. Fabriklərin işi isə tədricən məhdudlaşdırılacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Pirelli”-nin Rusiyada 2600-dən çox işçisi olan iki fabriki var.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru