Dişləri ilə 700 tonluq gəmini çəkdi - VİDEO

29-09-2025, 00:04           
Dişləri ilə 700 tonluq gəmini çəkdi - VİDEO
Misirli ağırlıqqaldıran və dünya çempionu pauerliftinqçi Əşrəf Məhəmməd "Ginnesin Rekordlar Kitabı"na düşən yeni dünya rekorduna imza atıb.

O, yalnız dişlərinin gücü ilə 700 tonluq gəmini çəkə bilib.

“Al Khaleej” qəzetinin məlumatına görə, uğurlu cəhd Misirin məşhur kurort şəhəri Hurqadanın çimərliyində həyata keçirilib. Əşrəf Məhəmməd bu məkanı seçərək, həm də rekordun bölgəyə turist cəlb edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu rekord əvvəllər çəkisi 600 tondan çox olan gəmini 16 metrdən çox məsafəyə çəkmiş ukraynalı idmançı Oleq Skavışın nailiyyətini üstələyir./Musavat.com /













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru