Londonda film kimi qarət: Zərgərlik mağazalarına tunel qazıb 955 min dollarlıq qızıl oğurladılar - FOTO

Bu gün, 12:44           
Londonda film kimi qarət:
Cinayətkarlar Londondakı zərgərlik mağazalarına tunel qazaraq 700 000 funt-sterlinqdən (955 min dollar) çox dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

TASS-ın verdiyi məlumata görə, bu barədə London polisi açıqlama verib.

Bildirilir ki, cinayətdə şübhəli bilinən üç nəfər iyulun 17-də saxlanılıb. Onlardan ikisi - Laurentsiu-Daniel Nitisuara və İoan Asafeti Londonun cənubundakı Tutinq ərazisində, birbaşa hadisə yerində tutulublar. Üçüncü şəxs olan Serjiu Plastin isə İrlandiyaya qaçmağa cəhd edərkən Londonun Stansted hava limanında ələ keçirilib.

Avqustun 21-də Kinqston şəhərinin Kral Məhkəməsində keçirilən iclasda hər üç şəxs öz günahını etiraf edib. Vurğulanır ki, həmin şəxslər may ayından iyuladək Londonda silsilə qarətlər həyata keçiriblər.

Qeyd olunur ki, cinayətkarlar təhlükəsizlik sistemlərindən yan keçmək və gecə saatlarında obyektlərə daxil olmaq üçün əsasən zərgərlik mağazalarını hədəf seçərək tunel qazma üsulundan istifadə ediblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru