Putin: Kiyev rejiminin təklifləri qəbuledilməzdir

Bu gün, 00:04           
Putin: Kiyev rejiminin təklifləri qəbuledilməzdir
Rusiyanın Kiyev rejimindən aldığı təkliflər bəzən ekzotik və qəbuledilməzdir. Rusiya dialoqa hazırdır, amma yalnız reallıqlar əsasında.

Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ” Vesti” jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.

Verilən konkret “ekzotik təkliflər” barədə suala cavab olaraq Putin deyib: “Bilirsiniz, mən indi bu barədə danışmaq və ya ətraflı danışmaq istəməzdim, çünki bu, mümkün razılaşmaların müxtəlif sahələrinin sınağıdır. Onlar əvvəllər bu və ya digər şəkildə irəli sürülüb, amma indi, bu vəziyyətdə, fərqli şəkildə təqdim olunurlar. Lakin mümkün razılaşmaların əsasını təşkil edə biləcək şeylər barədə danışmaq hələ tezdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru