İranın hansı yeni silahları var?
Bu gün, 12:16

SEPAH-ın sözçüsü Hüseyn Mohebi ötən gün maraqlı açıqlama verib.
Tribuna.az xəbər verir ki, o, müharibə yenidən başlarsa, özlərinin yeni silahlarından istifadə edəcəklər.
Möhebi “Əgər müharibə yenidən başlasa, istifadə etdiyimiz silahlar mütləq fərqli olacaq və bu fərq döyüş başlıqlarının generasiyasında, vurma dəqiqliyində, raketlərin məsafəsində və ya hər hansı digər göstəricidə özünü göstərə bilər” deyə qeyd edib.
İranın indiyə qədər ABŞ-a qarşı istifadə etdiyi silahları əsasən ballistik raketlərdən və yeni nəsil PUA-lardan ibarət olub. Mövcud məlumatlardan bəlli olan odur ki, İran “Xürrəmabad-4”, “Şahab-3” və “Siccil” raketlərindən yararlanıb.
Bəs, yeni silahlar dedikdə nələr nəzərdə tutulur? Tehranın son zamanlar inkişaf etdiyidi əsas silahları PUA-lardır. Hazırda ordunun istifadəsində olan “Şahed” və “Arash” PUA-ları uzaq məsafəyə uça bilmək və daha çox bomba daşımaq imkanlarına sahibdir. Lakin ballistik raketlər üçün bunu demək bir qədər çətindir. Çünki əldə olan raketlərin ən yaxşı halda uzaqvurma qabiliyyəti artırıla bilər. Ki, İran müharibə dönəmində 4000 km məsafəni vura bilən raketini sınaqdan keçirmişdi. Lakin həmin raket mənzil başına çatmamış göydə partlamışdı.

