Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı

Bu gün, 11:38           
Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı
Latviyanın Belarusla sərhədində qeyri-qanuni keçid üçün istifadə edilən ikinci tunel aşkarlanıb.

Oxu.Az bildirir ki, bu barədə Latviyanın "LSM.lv" portalı məlumat verib.

Məlumata görə, tunel Kraslava sərhədçiləri tərəfindən sərhəddən 20 metr məsafədə, Kaplava Sərhəd İdarəsinin məsuliyyət zonasında aşkar edilib. Mamırla kamuflyaj edilmiş keçid Belarusdan gəlir.

Əməliyyat zamanı bu tuneldən qeyri-qanuni şəkildə sərhədi keçən 28 nəfər saxlanılıb. Onlar öz ölkələrinə qaytarılıblar. İlk belə tunel avqustun 10-da Skrudalienski bölgəsində aşkar edilib və oradan 15 nəfər sərhədi keçib.

İlkin tapıntıdan sonra Latviya Daxili İşlər Nazirliyi xarici sərhədin yoxlanılmasını əmr edib. Avqustun 11-də ölkənin şərq sərhədində Belarusdan qeyri-qanuni miqrasiyanın hibrid təhlükəsinə qarşı koordinasiyalı cavab olan "Vilkatis" əməliyyatı başlayıb. Onun məqsədi sərhədin qeyri-qanuni keçilməsi hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq və gələcəkdə oxşar hadisələrin qarşısını almaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru