Putin: Ukrayna silahlarını Qərbin birbaşa iştirakı ilə təkmilləşdirir

Bu gün, 11:14           
Putin: Ukrayna silahlarını Qərbin birbaşa iştirakı ilə təkmilləşdirir
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın silahlarını Qərb ölkələrinin birbaşa iştirakı ilə təkmilləşdirdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Putin “Rossiya 1” telekanalına açıqlamasında bunun sadəcə Qərbin Ukraynaya dəstəyi olmadığını, prosesdə birbaşa iştirakdan söhbət getdiyini deyib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, istefada olan general-leytenant Kit Kelloqla görüşüb. Tərəflər Rusiya zərbələrini, Ukraynanın Avropa tərəfdaşları ilə birgə hazırladığı ballistik raketlərə qarşı müdafiə sistemini və “Patriot” kompleksləri üçün raketlərin tədarükünü müzakirə ediblər.

Zelenski sursat və raket tədarükünün vacibliyini vurğulayıb və “Patriot” raketlərini almağa hazır olduğunu bildirib.

Qeyd olunur ki, Kiyev qarşıdakı qış ərəfəsində ABŞ istehsalı “Patriot” sistemləri üçün raket çatışmazlığı ilə üzləşib. Raketlərin Ukraynada istehsalına icazə verilməsi ilə bağlı planların isə uzun müddət tələb edə biləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru