"Azərbaycan xalqı hərbi şücaət baxımından hətta Roma sərkərdələrini belə kölgədə qoya biləcək potensiala malikdir."
Bu gün, 12:48

"Azərbaycan xalqı hərbi şücaət baxımından hətta Roma sərkərdələrini belə kölgədə qoya biləcək potensiala malikdir. Azərbaycanın döyüşçüləri şaha (Şah İsmayıl Xətaiyə) o qədər sadiqdirlər ki, onlar döyüşə gedərkən hətta zireh geyinməkdən belə imtina edirlər.Azərbaycan xalqı sadəcə bir etnik qrup deyil, onlar Şərqin "mühafizəçiləri"dir. Azərbaycan xalqının "türk-döyüşçü" xarakterini Şah İsmayılın şərqdəki sürətli uğurlarının əsas səbəbi kimi göstərmək olar.
Xətai sadəcə bir hökmdar deyil, bir növ "möcüzəvi fenomen"dir. Onu qədim Roma və Yunan qəhrəmanları ilə müqayisə edərək deyə bilərik ki, İsmayıl Şərqin "parlayan ulduzu"dur.Şahın ordusuna gəlincə onların döyüşkənliyini, at çapmaq məharətini və oxatma qabiliyyətini məhz "türk ruhu" ilə əlaqələndirmək lazımdır. Şahın mənsub olduğu xalq və coğrafiya cəsur döyüşçülərin əsas mərkəzidir. İsmayılın idarə etdiyi kütlənin Osmanlı tabeliyindəki türklərlə eyni kökdən gəldiyini deyə bilərik".
İtalyanın nüfuzlu tarixçilərindən Paolo Giovio. Kitabın latınca adı: "Elogia virorum bellica virtute illustrium". Tərcümədə: "Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi". 1551-ci il.
"Çaldıran döyüşündəki qələbənin səbəbi Osmanlının odlu silahları idi. Yoxsa qılınc gücünə qalsaydı Səfəvilər bizdən geri qalmırdılar. Onlar bizimlə eyni irqə mənsub əsgərlər idi. Şah İsmayıl Səfəvinin ordusu da Azərbaycan türklərindən ibarət idi və Osmanlı türkləri kimi cəsur və qəhrəmancasına vuruşan əsgərlər idilər".
İlbər Ortaylı "Türklərin qızıl dövrü" kitabından.
"Azərbaycanlılar cəsarətli, güclü, həddindən artıq diribaşdılar, onlar bir az öz əcdadları olan Parfiyalılara da bənzəyirlər. Şah İsmayılın coxsaylı güclü düşmənlə vuruşmağa məcbur olan qoşunları, deyərdim ki, məğlubedilməzdir. Osmanlı eskadronları qızılbaşları görəndə demək olar ki, hamısı dəhşətə gəlirdilər".
Britaniyalı yazıçı və səyyah Ceyms Freyzer Beylinin 1834-cü ildə yazdığı “Historical and descriptive account of Persia, from the earliest ages to the present time” kitabında azərbaycanlılar haqqında (səhifə 50).
"Bu xalq olduqca cəsur, döyüşkən, eyni zamanda qonaqpərvərdir və xaricilərə qarşı çox nəzakətli davranır, lakin onların qüruruna toxunmaq çox təhlükəlidir. Azərbaycan türkləri dünyanın ən dözümlü insanlarıdır, onlar az qida və su ilə günlərlə yol gedə bilirlər və şahlarına qarşı (Nadir Şaha) sarsılmaz sadiqlik bəsləyirlər.Onlar həm də çox qürurlu və cəsurdurlar; hər bir kişi özünü bir döyüşçü kimi aparır və silah gəzdirməyi özünə şərəf sayır. Azərbaycan türkləri qul kimi yaşamaqdansa, at belində ölməyi özlərinə ən böyük şərəf sayırlar".
XVIII əsr ingilis taciri və səyyahı Jonas Hanwayın "Xəzər dənizi vasitəsilə ticarət üzrə Britaniya tacirinin tarixi hesabatı" adlı kitabından.
"Azərbaycanlılar cəsur və döyüşkən bir xalqdır, onlar regionun hərbi gücünün əsasını təşkil edirlər, bu cəsur döyüşçülər və idarəçilər uzun illərdirki, öz ana dillərini qoruyub saxlayıblar. Azərbaycanın sərt qışı və təmiz dağ havası buranın insanlarını daha dözümlü, sağlam və döyüşkən edib".
Məşhur alman pedaqoqu, coğrafiyaşünası və ilahiyyatçısı Friedrich Christian Franzın "Ölkəşünaslıq və Etnoqrafiya Dərsliyi: iki hissədə. İkinci hissə: Asiya , Afrika, Amerika və yeni kəşf edilmiş torpaqlar” kitabından.
Qeyd: Mətnlərdəki turkmenen və tartaren sözləri müasir qavramda azərbaycanlı sözü ilə əvəz edilmişdir.
Azərbaycanlıların səhifəsi

